AZ

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Masallı rayonunun dörd kəndində qazın verilişi dayandırılacaq
Sabah Masallı rayonunun dörd kəndində qazın verilişi dayandırılacaq.
AYNA-nın "Report"a istinadən məlumatına görə, Qəriblər kəndində 2024-2025-ci il payız-qış tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Seçilən
84
43
ayna.az

10Mənbələr