AZ

İnsan bədəni elektriklə çalışır...

Bu gün gündəlik həyatımızın əvəzolunmaz hissəsi olan elektrikin bədənimiz üçün nə qədər əhəmiyyətli olduğuna diqqət çəkəcək və “İnsanlar doğrudanmı elektriklə işləyir?” sualına cavab verəcəyik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

19-cu əsrin sonlarından müxtəlif təcrübələrlə ortaya çıxan elektromaqnetizm işıqlandırmaqdan, isitməkdən tutmuş evlərimizə, iş yerlərimizə, yollara, küçələrə - həyatımızın hər sahəsinə daxil olub.

Elektrik cərəyanının kəşfindən sonra onun əvvəlcə işıq enerjisinə, sonra müxtəlif enerji növlərinə çevrilməsi ilə bəşər tarixində böyük bir sıçrayış baş verib. Müasir texnoloji dünyanın əsasları elektrik cihazlarının istehsalı və elektronikanın sonrakı inkişafı ilə qoyulub və davam edir.

Son dərəcə mürəkkəb təkamülün əsas parçası olan insan vücudunun da elektriklə çalışdığını bilirikmi? Beynimiz elektrik cərəyanı sayəsində əmrləri lazımi yerlərə ötürür. Başlanğıc nöqtəsi beyin olan sinir hüceyrələri və ya neyronlar bu ötürülmədə baş rol oynayır.

Neyronlar bədənimizdə elektrik siqnallarını ötürən və emal edən xüsusi hüceyrələrdir. Bu sinir hüceyrələri uzun və nazik bir gövdəyə və uclarında dendrit və akson adlanan uzantılara malikdir. Sinir keçiriciliyi sinir hüceyrələrində elektrik siqnallarının ötürülməsi və qəbulu ilə baş verir. Bir impuls və ya siqnal neyronun dendritlərinə çatır və hüceyrənin gövdəsinə doğru hərəkət edir, elektrik siqnalı hüceyrənin aksonu boyunca ötürülür.

Sinir hüceyrələrində elektrik keçiriciliyi "fəaliyyət potensialı" adlanan bir prosesdir. Bu, bir stimulun sinir hüceyrəsindəki elektrik yüklü vəziyyətini dəyişdirdiyi zaman başlayır. Yəni bir stimul gəldikdə sinir hüceyrəsinin membranında ion kanalları açılır və ionlar hüceyrənin içərisinə və ya xaricinə keçir. Bu ion mübadiləsi hüceyrə membranında elektrik cərəyanı yaradır. Nəticədə bu elektrik cərəyanı akson boyunca hərəkət edir və hüceyrənin sinaps adlanan son hissəsinə çatır. Sinaps bir sinir hüceyrəsinin akson ucu ilə başqa bir hüceyrə arasındakı əlaqə nöqtəsidir. Elektrik siqnalları sinapslarda kimyəvi siqnallara çevrilir və sonrakı hüceyrələrə ötürülür. Bu proses tənəffüs, həzm və qan dövranına bənzər bədənimizin həyati funksiyaları kimi saniyələrdən də az müddət ərzində baş verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
sia.az

10Mənbələr