AZ

Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu

Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunlar rayon sakinləri, 1995-ci il təvəllüdlü Alışov Elvin Məhərrəm oğlu, 1984-cü il təvəllüdlü Alışova Aynur Nəsib qızı, 1995-ci il təvəllüdlü Əsgərova Aysel Natiq qızı, 2014-cü il təvəllüdlü Əsgərli Zeynəb Rahim qızı, 2014-cü il təvəllüdlü Alışov Nəsib Elvin oğlu və Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Cəfərov Vüqar Bəyalı oğludur.

Yaralı A.Əsgərova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha iki yaralının isə Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
5
milli.az

6Mənbələr