AZ

"Həmin evlərdən çox ürküdücü səslər gəlir" - Reabilitasiya Mərkəzində nə baş verir? - VİDEO 

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə yerləşən iki villanın alkoqolizm və narkomaniyadan xilas olmaq üçün fəaliyyət göstərən reabilitasiya mərkəzi olduğu deyilir.

Vətəndaşlar burada müalicə alan şəxslərin qeyri-adekvat davrandıqlarını, onları müxtəlif hərəkətlərlə narahat etdiklərini iddia ediblər.

"Bu cür yerləri adətən şəhərdən kənar, əhalinin olmadığı yerlərdə açırlar. Niyə mənim iki azyaşlı övladım hər gün narkoman söhbətlərini eşitməlidir? Həmin evlərdən çox ürküdücü səslər gəlir. Artıq bir tədbir görülməlidir", - deyə qəsəbə sakini şikayətini bildirib.

Ətraflı Baku TV-nin süjetində:



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4110
14
referans.az

10Mənbələr