AZ

Silahlılar Dağıstana hücum etdilər. Ölənlər var - video

İyunun 23-ü axşam saatlarında Dərbənddə Lenin küçəsində yerləşən Müqəddəs Məryəmin Şəfaət pravoslav kilsəsinə hücum olub. Bu barədə Baza Telegram kanalı məlumat yayıb. Hadisə şahidlrəi məbəd yaxınlığında atəş səsləri eşitdiklərini bildiriblər. Dərbənd polisi həyəcan siqnalı ilə ayağa qaldırılıb.

RF Daxili İşlər Nazirliyinin Dağıstan üzrə İdarəsi təsdiqləyib ki, saat 18:00 radələrində Dərbənddə pravoslav kilsəsi, eləcə də yerli sinaqoq atəşə tutulub. Cinayətkarlar ağ rəngli “Volkswagen Polo” markalı avtomobillə hadisə yerindən qaçıblar. Telegram kanallarında polis maşınlarının, eləcə də yanan sinaqoqu əks etdirən videolar yayılıb.

Demək olar ki, Dərbəndə hücumla eyni vaxtda Mahaçqalanın Ermoşkin küçəsindəki sinaqoqda yanğın başlayıb. Dağıstanın Daxili İşlər Nazirliyi Dərbəndlə paralel olaraq yaraqlıların bölgənin paytaxtına da hücum etdiyini təsdiqləyib: 

“Mahaçqalada Ermoşkin küçəsində naməlum şəxslər yol polisi postunu atəşə tutublar”.

Mahaçqaladan çəkilmiş videoda qara geyinmiş silahlıların pulemyotlarla polis avtomobillərinə atəş açması görünür.

Dağıstan Daxili İşlər Nazirliyinin son məlumatına görə, hücum edənlərlə atışma zamanı beş polis əməkdaşı həlak olub, doqquzu yaralanıb. Baza yazır ki, Dərbənddə “sinaqoqda mülki şəxs” də dünyasını dəyişib. Bundan başqa, Dağıstanın İctimai Nəzarət Komissiyasının sədri Şamil Xadulayev öz Telegram kanalında yazıb ki, ona daxil olan məlumata görə, “ Nikolay Ata (söhbət rahib Nikolay Kotelnikovdan gedir) Dərbənddəki kilsədə boğazı kəsilərək öldürülüb. Onun 66 yaşı var idi. Mahaçqala-1 kilsəsində yalnız qaz tapançası ilə silahlanmış mühafizəçi Mixail güllələnib. Rahiblər isə kilsədə gizlənərək kömək gözləyiblər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
15
buta.media

10Mənbələr