AZ

Epizodik rollarla şöhrət qazanan, az sözlə böyük işlər görən aktyor

İsmayıl Osmanlının adı teatr və kinosevərlərə yaxşı tanışdır. Məşhur Azərbaycan filmlərindəki yaddaqalan obrazlar aktyoru əsl xalq artistinə çevirdi. Bir çox tamaşaçı İsmayıl Osmanlının qəhrəmanı Kələntər dayı obrazına görə çox hiddətlənib. Film ekranlara çıxandan sonra aktyor tamaşaçılardan qəzəbli məktublar alıb...

60 ilə yaxın səhnə fəaliyyətində heç vaxt əsas qəhrəmanları oynamayan, 300-ə yaxın epizodik rolla səhnəyə çıxan İsmayıl Osmanlı SSRİ Xalq artisti fəxri adına qədər yüksəlib...

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"O, bir məktəb qoyub getdi..."

"İsmayıl Osmanlı 76 il ömür sürüb, 46 ildir haqq dünyasındadır", - deyə Akademik Milli Dram Teatrının qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır: "İsmayıl Osmanlı rəhmətə gedəndən sonra mən bu günə qədər onun qrim otağında, vaxtilə oturduğu stulda otururam. Hər dəfə qapını açıb içəri daxil olanda böyük məsuliyyət hissi keçirirəm. Professor İlham Rəhmli mənim haqqımda yazdığı kitabda epizodik rollar ifaçısı kimi yaradıcılığımı İsmayıl Osmanlının yaradıcılığına bənzədir. Mən bununla fəxr edirəm. Amma o da, mən də tək epizodik rollarda oynamamışıq, baş rollarda da səhnəyə çıxmışıq, çəkilmişik. Elə tamaşalar var ki, biz eyni rolları oynamışıq. "Nişanlı qız" da Qasım, "Ölülər"də Məşədi Oruc, "Aydın"da Mirzə Cavad... Mən bu rolları oynayarkən hər dəfə Osmanlının oyunu gözümün qabağına gəlir. Çalışıram ki, onu təkrar etməyim. O, bütün rollarında böyük ustalıqla çıxış edib, az sözlə böyük rollar yaradıb. Onun bütün rollarında zərgər dəqiqliyi var. İsmayıl Osmanlı aktyor ömrünün sonuna qədər Akademik Dram Teatrının səhnəsində oynayıb. O, teatr tariximizdə şərəfli yer tutduğu kimi, kinomuzda yaratdığı rollar da tamaşaçıların yaxşı yaddaşındadır".

R.Əzimov mərhum aktyorla bağlı bir xatirəsini yada salır: "Bir gün onun oturduğu otağın qarşısından keçirdim. Qapı açıq idi, stulda oturmuşdu, əlində vərəq vardı, nəyəsə deyinirdi. Ayaq saxladım. Məni görüncə "gəl bura görüm...", - deyə çağırdı. Sən demə, "Yeddi oğul istərəm" filmindən sonra ona çoxlu məktublar yazıblar. Əlindəki məktubu uzadıb: "Oxu bunu", - dedi. Məktubda çoxlu təhqiredici ifadələr vardı. Həm utandım, həm də sevindim: "İsmayıl müəllim, görün, bu rolu necə yaratmısınız ki, tamaşaçıya belə təsir edib...", - dedim. Doğrudan da, Kələntər dayı obrazı hara, onun oynadığı komik rollar hara... İsmayıl Osmanlı bir məktəb qoyub getdi..."

"O cür oğlanı öldürdün..."

"Yeddi oğul istərəm" filmindəki Cəlal rolunun ifaçısı Ənvər Həsənov "İsmayıl Osmanlı təkcə gözəl aktyor deyildi, həm də gözəl insan idi", - deyə xatırlayır: "Aramızdakı yaş fərqinə baxmayaraq, biz dost idik. Görüşürdük, çörək yeyirdik, söhbət edirdik". Ə.Həsənov xatırlayır:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
8
publika.az

9Mənbələr