AZ

Mahaçqalada yol polisi postu atəşə tutulub: yaralananlar var

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhəri şəhərində naməlum şəxslər Yermoşkina küçəsində yerləşən yol polisi postunu atəşə tutublar.

"Operativ Media" xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha altı nəfər yaralanıb.

İlkin məlumata görə, dinc əhali arasında itki qeydə alınmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
operativmedia.az

3Mənbələr