AZ

Fransanın Baş naziri parlament seçkilərindən sonra Makronun istefasını istisna edib

Fransanın Baş naziri Qabriel Attal növbədənkənar parlament seçkilərindən sonra ölkə prezidenti Emmanuel Makronun istefasını istisna edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Attal “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Nəticə nə olursa olsun, prezident vəzifəsində qalacaq. Yeganə sual kimin Baş nazir olacağı və parlamentdə çoxluğu qazanacağıdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 9-da Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq qərarına gəlib. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
nocomment.az

4Mənbələr