AZ

BSU-nun tələbə və maginstrantları üçün "Məzun Günü keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 22-də Bakı Su İdmanı Sarayının Avropa Oyunları ParkındaBakı Slavyan Universitetinin (BSU) 2024-cü il buraxılış ili1000-dək tələbə və magistrantları üçün "Məzun Günü" keçirilib.

BSU-dan Trend-ə verilən məlumata görə, tədbirdə bir sırarəsmilər, universitetin professor-müəllim heyəti, tərəfdaşqurumların nümayəndələri iştirak edib məzunların sevincinə şərikolublar.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazibütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məzun Günü tədbirini açıq elan edən İctimai Televiziya və RadioYayımları Şirkətinin aparıcısı, BSU-nun məzunu Jalə Həsənli bu xoş,əlamətdar gündə BSU ailəsi qarşısında çıxış etməyin onun üçünhəyəcanlı və qürurverici olduğunu bildirib. J.Həsənli Ümummillilider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Sərəncamı iləprofili və statusu genişləndirilməklə Bakı Slavyan Universitetininyaranma tarixi, keçdiyi inkişaf yolu, son illərdə qazandığı ciddiuğurlar, beynəlxalq əlaqələrinin genişləndirilməsi barədə ətraflıməlumat verərək universitetin bir sıra ölkələrlə tədris və mədəniəlaqələrinin qurulmasının ölkəmizin qazandığı böyük nailiyyətlərinbeynəlxalq aləmdə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyətkəsb etdiyini diqqətə çatdırıb.

Tədbir iştirakçılarını salamlayan BSU-nun rektoru Anar Nağıyevməzunları təbrik edib, onlara gələcək həyatlarında böyüknailiyyətlər arzulayıb, eyni zamanda məzunların müasir əməkbazarında layiqli yer tutacaqlarına, qazandıqları bilik vəbacarıqları reallaşdırmaq üçün geniş imkanlar əldə edəcəklərinəəminliyini ifadə edib. Rektor A. Nağıyev bildirib ki, ölkəmizdə alitəhsilin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindənbaşlanılmış inkişaf kursunu Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev tamamilə yeni bir keyfiyyət mərhələsinəyüksəltmişdir. Bu gün Azərbaycan gənclərinin həm ölkəmizdə, həm dədünyanın ən aparıcı ali təhsil müəssisələrində təhsil almaları üçüngeniş imkanlar mövcuddur. Rektor A. Nağıyev qeyd edib ki, Prezidentİlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış QarabağUniversiteti qlobal nümunəli universitet kimi formalaşdırılmasıhədəflənir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanıntəhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində mühümislahatlar həyata keçirilir, ali təhsil sisteminə əlçatanlığıntəmin olunması istiqamətində ciddi addımlar atılır, təhsildəinklüzivlik əsas prioritetlər sırasında tətbiq edilir.

Çıxışında son 4 ilin ölkəmizin tarixində misli görünməmişhadisələrlə yadda qalmasından danışan rektor A. Nağıyev MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın düşmənüzərində Zəfər qazanmasını, ölkəmizin ərazi bütövlüyünün bərpaedilməsini və dövlət suverenliyimizin respublikamızın bütünərazisində bərqərar olduğunu diqqətə çatdırıb.

Rektor qeyd edib ki, xalqımız Vətən müharibəsi zamanıPrezidentimizin ətrafında Vətən, Qarabağ və Şərqi Zəngəzurunazadlığı uğrunda növbəti dəfə sıx birləşərək Qələbəninsevincini,bundan sonra isə lokal xarakterli antiterrortədbirlərinin qürurunu yaşadı.Bütün şəhidlərimiz kimi, BSU-nunVətən müharibəsində şəhid olmuş məzunları Nicat Şükürlünün, KənanRüstəmlinin, Elnur Allahverdizadənin, antiterror əməliyyatlarınınşəhidi Cavid Mirzəyevin qəhrəmanlıq tarixçələri dərin hörmət vəehtiramla yaddaşımıza yazıldı.

Rektor A.Nağıyev vurğulayıb ki, ölkəmizin inkişafı və Zəfərtarixi, Qarabağ və Zəngəzurun dünyanın ən inkişaf etmişzonalarından birinə çevrilməsinə hədəflənmiş dövlət siyasəti,burada yaradılan yaşıl zonalar, Azərbaycanın qlobal səviyyədəüzərinə götürdüyü missiyaları universitetimizin də müvafiq qaydadayeni dövrün tələblərinə transformasiyanı tələb edir. Yeni dövrünmütəxəssislərinin hazırlanması hər birimizin üzərinə səriştəəsaslı, yüksək kvalifikasiyalı kadrların hazırlanması üçün təhsilproqramlarının məzmun inkişafını əsas hədəflərdən biri kimiqarşımıza qoyur.

Eyni zamanda universitetin beynəlxalq əlaqələriningücləndirilməsi, mobillik proqramlarında iştirak payımızınartırılması, beynəlxalq reytinqlərdə iştirak əsashədəflərimizdəndir.Rektor diqqətə çatdırıb ki, artıq bu istiqamətdəaddımlar atılmış, Erasmus layihəsi, eləcə də ikitərəfli layihələrəsasında ötən tədris ilində tələbə və müəllimlərimizin tərəfdaşuniversitetlərdə mübadilələri baş tutmuş, universitetimizinbeynəlxalq reytinq sıralamalarında iştirakı üçün zəruri işlərgerçəkləşmiş, konfranslarımızın beynəlxalq tələblərə uyğunkeçirilməsi təmin edilmişdir. Bu baxımdan ənənəvi olaraq Ulu ÖndərHeydər Əliyevin doğum günü ərəfəsində keçirdiyimiz"Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs,beynəlmiləlləşmə"( bu ildən "Yeni dövrün Azərbaycanı") beynəlxalqkonfransını, həmçinin inklüziv təhsilin təşkilinə dair ölkəmizinali təhsil məkanında ən böyük və dayanıqlı müzakirə platformasınıyarada bilmiş "İnklüziv təhsildən inklüziv cəmiyyətə " beynəlxalqelmi-praktik konfransını xüsusi qeyd etmək lazımdır. Bundan başqa,bu il iyunun 13-də BSU-da "Birinci Beynəlxalq BalkanşünaslıqTədqiqatları" konfransının keçirilməsi Balkan regionunun dahadərindən öyrənilməsinin təhsil proqramlarımız üçün əsas hədəflərdənbiri kimi müəyyən edilməsinin göstəricisidir.
Rektor A. Nağıyev çıxışına davam edərək bildirib ki, dövlətbaşçımız İlham Əliyevin müvafiq Sərəncamı ilə AzərbaycanRespublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elanedilib.

Cari ilin noyabr ayında iqlim dəyişikliyi üzrə dünyanın ən böyüktədbiri -COP 29 konfransı Bakıda keçiriləcəkdir. Rektor deyib ki,bu istiqamətdə BSU-da da müxtəlif tədbirlər həyata keçirilir və hərbirimizin ölkəmizin bu sürətli inkişafında yer alacaqyüksəkixtisaslı kadrların hazırlanması işində üzərimizə böyükməsuliyyət düşür.

Çıxışında BSU-nun fəaliyyət istiqamətləri və əsas missiyasıbarədə geniş məlumat verən rektor A.Nağıyev qeyd edib ki,universitetin əsas missiyası milli şüura malik, fundamentalbiliklərə yiyələnmiş rəqabətqabiliyyətli, şəriştəli,məsuliyyətli,öz peşəsini dərindən bilən, dünya standartları səviyyəsindəsəmərəli fəaliyyət göstərməyə,ixtisası üzrə peşə hazırlığısəviyyəsini daim artırmağa qadir olan, yaradıcı və innovativ,yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdan ibarətdir. BSU-nun sonillərdəki fəaliyyəti barədə rəqəmlər və müqayisəli təhlili əsasındadanışan rektor qeyd edib ki, universitetdə 6 fakültə, 20 kafedrafəaliyyət göstərir. Son 3 ildə universitetin tələbə qəbulunundinamikası sürətlə artır. Belə ki, ali təhsilin bakalavriatsəviyyəsi üzrə 2020-ci ilin 900 nəfər civarında qəbulundan2021-2022-ci ildə 1000, 2022-2023-cü ildə 1150 nəfər, 2023-2024-cüildə 1350 nəfərdən çox tələbə qəbulu olmuşdur. Qarşıdan gələn2024-2025-ci tədris ilindən bu rəqəmin daha da artmasıplanlaşdırılır. Universitetimizin tarixində ilk dəfə olaraq alitəhsilin hər üç səviyyəsi üzrə ümumi təhsilalanların sayı 5000nəfəri ötmüşdür.

Bu il ərzində gənc əməkdaşlarımızın dissertasiya müdafiələrindəartım qeydə alınmış, elmlər doktorlarımızın və fəlsəfədoktorlarımızın sayı artmış, son üç il ərzində isəuniversitetimizdə yeni yaradılmış ixtisasların sayı bakalavriat vəmagistratura üzrə 9-u keçmişdir. Magistratura səviyyəsindəbaşladığımız təhsil sahəsi üzrə idarəetmə ixtisaslarının BSU-nunyeni idarə etmə üzrə magistr proqramları istiqamətinin əsasınıqoyacağını hədəfləyirik. BSU bu gün 20-yə yaxın ixtisas üzrəixtisaslaşmış 1000 nəfərə qədər məzununu ölkəmizin əmək bazarındaçalışmağa göndərir. Onların iş həyatındakı, karyeralarındakıuğurları universitetimizin inkişafı və gələcək konturlarınınmüəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

Rektor A.Nağıyev BSU-nun inkişafı üçün davamlı dəstəyə görə Elmvə Təhsil Nazirliyinin rəhbərliyinə,həmçinin inklüziv təhsilintəşkili istiqamətində ardıcıl əməkdaşlığa görə Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə, DOST İnklüziv İnkişafMərkəzinin kollektivinə, COP 29 bağlı universitetin keçirdiyitədbirlərdə fəal iştirakına və "Birinci Beynəlxalq BalkanşünaslıqTədqiqatları" konfransının təşkilində verdikləri dəstəyə görəXarici İşlər Nazirliyinin, Energetika Nazirliyinin məsulşəxslərinə, habelə Mədəniyyət Nazirliyinə, eləcə də universitetinlayihələrinin icrasına verdikləri dəstəyə görə Milli Məclisin Elmvə təhsil komitəsinin rəhbərliyinə, təhsil müəssisələrinin,Regional İnkişaf İctimai Birliyi, “Birgə və Sağlam” və “House ofDreams” İctimai Birliyinin rəhbərlərinə dərin təşəkkürünübildirib.

Rektor A.Nağıyev məzunlara BSU-nu bir dəyər kimi daim yüksəktutmağı,yiyələndikləri peşədən asılı olmayaraq, dövlətimizinmüstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı,doğmaAzərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçünəzmlə,ləyaqətlə, fədakarlıqla çalışmağı tövsiyə edib və onlara buvacib, şərəfli,müqəddəs yolda uğurlar arzulayıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova məzunları təbrikedərək, onlara Vətənimizə layiqincə xidmət etməyi, milli-mənəvidəyərlərə sadiq qalmağı və həmişə xalqımızın adını uca tutmağıarzulayıb. Nazir müavini S. Yusifova şərəfli tariximizin yazıldığıbu dövrdə dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında vətənpərvər ruhda böyümüş gənc nəslinyetişdirildiyini xüsusi qeyd edib.

Milli Məclisin deputatı Soltan Məmmədov təmsil etdiyi MilliMəclis və Heydər Əliyev Fondu adından BSU-nun professor-müəllimheyətini, eləcə də məzunlarını qazandıqları uğurlara görə təbrikedib, ən xoş arzu və diləklərini çatdırıb. Millət vəkili S.Məmmədov Azərbaycanşünaslığı beynəlxalq səviyyədə təbliğ edən,müxtəlif ölkələrin, xalqların dilinin, mədəniyyətinin, tarixinintədris olunduğu BSU-nun respublikamızda inkişaf edən təhsilsahəsinə böyük töhfələr verdiyini vurğulayıb. S.Məmmədov ölkəmizindövlət müstəqilliyinin yenidən bərpa edilməsindən sonra Ulu ÖndərHeydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət vəqayğısı sayəsində təhsil sahəsinin davamlı inkişaf etdiyini, eləcədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidentiMehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafına böyük önəmverdiyini qeyd edib.

BSU-nun 2024-cü il magistr məzunu Nuray Babayeva çıxışındaBSU-nun məzunu olmaqdan qürur duyduğunu ifadə edib,eyni zamandauniversitetin rəhbərliyinə və müəllimlərə tələbələrə göstərilənyüksək diqqət və qayğıya görə təşəkkür edib.

Sonra BSU-nun 2024-cü il üzrə ən yüksək akademik göstəricilərinəgörə fərqlənən məzun tələbə və magistrantlarına BSU-nun tərəfdaşqurumları Avropa Azərbaycan Məktəbinin, Əmək Bazarı və SosialMüdafiə Məsələləri üzrə Milli Observatoriyanın, Regional İnkişafİctimai Birliyinin, Birgə və Sağlam və House of Dreams İctimaiBirliyinin nümayəndələri tərəfindən təşəkkürnamələr təqdimedilib.

Rəsmi hissə Məzunların ənənəvi papaqatma fləşmobu ilə başaçatdıqdan sonra tədbir maraqlı və rəngarəng konsert proqramı ilədavam edib.

BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
BSU-nun
Seçilən
37
5
az.trend.az

7Mənbələr