AZ

Polşa yığması AÇ-2024-də antirekordla diqqət çəkdi

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Avstriya yığmasına məğlub olmaqla (1:3) Polşa yığması antirekordla fərqlənib.

Arena.az məlumat verir ki, bu məğlubiyyət nəticəsində Polşa milli komandası növbəti mərhələyə yüksəlmək imkanını əldən verib.

Beləliklə, Polşa yığması Avropa çempionatlarında qrup mərhələsinin 2-ci turundan sonra ələmə mərhələsinə çıxmaq imkanlarını itirmiş 3-cü komanda olaraq antirekordla tarixə düşüb.

Buna qədər Ukrayna yığması Fransada keçirilmiş AÇ-2016-da qrup mərhələsinin 2-ci turundan sonra şələ-küləsini yığıb evə qayıtmağa hazırlaşmışdı. İngiltərədə keçirilmiş AÇ-2020-də isə Şimali Makedoniya yığması eyni aqibətlə üzləşmişdi.

Bununla belə, cari yarışda evə qayıdışı dəqiqləşmiş ilk kollektiv olan Polşa millisi öz ardınca qapını möhkəm çırpmaq imkanına malikdir. Bunun üçün polyaklar qrup mərhələsinin sonuncu, 3-cü turunda Fransa yığmasını “əyani vəsait” kimi istifadə edə bilərlər. “Xoruzlar”ı məğlub etməklə Polşa yığma komandası azarkeşlərinin gözündə bəraət qazana bilər.

Xatırladaq ki, Fransa – Polşa oyunu iyunun 25-də keçiriləcək.

Komandaların yer aldığı “D” qrupunda 3-cü tur ərəfəsində mənzərə belədir:

  1. Niderland – 4 xal
  2. Fransa – 4 xal
  3. Avstriya – 3 xal
  4. Polşa – 0.
Seçilən
137
arena.az

1Mənbələr