AZ

Formula 1: Ferstappen Avstriyada da hamını qabaqladı

Bu gün gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 10-cu qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri İspaniyada təşkil olunub.

Montmelo şəhərindəki yarış ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 26 yaşlı pilot 66 dövrəlik yarışı 1:28:20.227 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə 7-ci, karyerasında isə 61-ci qələbəsidir.

İkinci yeri “Maklaren”in pilotu Lando Norris tutub. İlk üçlüyü “Mersedes”in sürücüsü Luis Hamilton qapayıb.

Beləliklə, 10 turdan sonra 219 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris (“Maklaren”) 150 xalla 2-ci, Şarl Lekler (“Ferrari”) 148 xalla 3-cü sırada qərarlaşıb.

Mühəndislər Kubokunda da “Red Bull” 330 xalla vahid liderdir. “Ferrari” 270 xalla ikinci, “Maklaren” 237 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 11-ci qran-prisi Avstriyada keçiriləcək. Sözügedən yarış iyulun 7-də Şpilberq şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 219
  2. Lando Norris (Maklaren) – 150
  3. Şarl Lekler (Ferrari) – 148
  4. Karlos Sayns (Ferrari) – 116
  5. Serxio Peres (Red Bull) – 111
  6. Oskar Piastri (Maklaren) – 87
  7. Corc Rassell (Mersedes) – 81
  8. Luis Hamilton (Mersedes) – 70
  9. Fernando Alonso (Aston Martin) – 41
  10. Yuki Tsunoda (Rasinq Bulls) – 19
  11. Lens Stroll (Aston Martin) – 17
  12. Daniel Rikkardo (Rasinq Bulls) – 9
  13. Oliver Berman (Ferrari) – 6
  14. Niko Hulkenberq (Haas) – 6
  15. Pyer Qasli (Alpin) – 5
  16. Esteban Okon (Alpin) – 3
  17. Aleksander Albon (Uilyams) – 2
  18. Kevin Maqnussen (Haas) – 1
  19. Jou Quanyu (Zauber) – 0
  20. Valtteri Bottas (Zauber) – 0
  21. Loqan Sarcent (Uilyams) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 330
  2. Ferrari – 270
  3. Maklaren – 237
  4. Mersedes – 151
  5. Aston Martin – 58
  6. Rasinq Bulls – 28
  7. Alpin – 8
  8. Haas – 7
  9. Uilyams – 2
  10. Zauber – 0
Seçilən
76
2
arena.az

10Mənbələr