AZ

SosialSənədsiz evlərə “kupça” veriləcək - YENİ QƏRAR

SİZİN REKLAM BURADA!055 213 76 73   Far.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bununla bağlı bir sıra normativ aktlar nəzərə alınmalıdır:   "Bu qanunda bir sıra normativ aktlar var. Kənd təsərrüfatı təyinatlı torpağın ümumi ölçüsü minimum 5 hektar olmalıdır və onun yalnız 1 faizində, yəni 500 kvadratmetrində tikinti işi aparmaq olar. Nəzərdə tutulmuş yerdə təkcə fərdi yaşayış evi deyil, müəyyən inzibati binalar, qonaqlama yerləri və bu kimi obyektlər də tikilə bilər. Digər yerdə qalan ərazilər isə yenə də kənd təsərrüfatı təyinatlı torpaq kimi qalacaq".   Ekspert yeni qanunun daha öncə kənd təsərrüfatı təyinatı torpaqlarda tikilən evlərə aid edilməyəcəyini deyib: "Bu qayda daha öncə kənd təsərrüfatı təyinatlı torpaqda tikilən evlərə şamil olunmayacaq. Həmin evlərin sənədləşdirilməsi ilə bağlı birmənalı olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir. Bu tətbiq olunmadıqca həmin yerlərdəki evlərə sənəd verilə bilməz. Çünki hər hansısa bir tikiliyə çıxarışın verilməsi üçün o tikilinin faktiki təyinatı ilə torpağın təyinatı eyniləşməlidir. Yəni həmin tikilinin yerləşdiyi torpağın təyinatı da dəyişdirilib tikinti təyinatına çevirilməlidir. Əks halda belə bir tikiliyə çıxarış verilə bilməz". Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
31
far.az

10Mənbələr