AZ

Aİ: Ermənistan-Azərbaycan sərhədində atəşkəslə bağlı ikitərəfli mexanizm təklifi alqışlanmalıdır

Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır.

Aznews.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X" səhifəsindəki paylaşımında yazıb.

"Aİ-nin Gürcüstandakı monitorinq missiyası 15 ilə yaxındır fəaliyyət göstərir və təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən son günlərdə atəşkəs rejimi mütəmadi olaraq pozulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
22
aznews.az

10Mənbələr