AZ

UEFA Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başladı

UEFA AÇ-2024-ün 2-ci turunda ötən gün keçirilən Türkiyə - Portuqaliya matçı (0:3) ilə bağlı araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, matçda təhlükəsizliyin yaxşı təmin olunmaması UEFA-nın hərəkətə keçməsinə səbəb olub.

Məsələ burasındadır ki, matç zamanı və oyundan sonra 6 nəfər Portuqaliya millisinin lideri Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydana daxil ola bilib.

39 yaşlı hücumçu ikinci hissədə meydana daxil olan azyaşlı azarkeşi incitməyib və onunla şəkil çəkdirib. Lakin matçın final fitindən əvvəl daha üç azarkeş meydana daxil olduqda Ronaldo əsəbiləşib.

Bundan əlavə, matçın sonunda təhlükəsizlik dəhlizini yarıb keçən daha iki azarkeş ulduz futbolçuya çata bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
20
publika.az

10Mənbələr