AZ

"Anama o dərmanı almağa imkanım çatmadı" - Nadir ağladı

Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, proqram zamanı anasından danışan sənətçi göz yaşlarını saxlaya bilməyib. O, imkansızlıqdan anasının istədiyi dərmanı ala bilmədiyini qeyd edib:

"Anam xəstə idi. O zamanlar da efirdən bir dərmanı reklam edirdilər. Həmin ərəfədə kanallar da az idi. Bir gün anam mənə dedi ki, "Bu dərmanı mənim üçün al, sağalacağam". Amma imkanım çatmadı ki, anama o dərmanı alım".

Göz yaşlarına qərq olan Nadir bu sözlərdən sonra studiyanı tərk edib.

Həmin görüntüləri təqdim edirik:


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
9
big.az

10Mənbələr