AZ

"Turan Tovuz"un yeni baş məşqçisi daha bir fəxri ada layiq görülüb

Mahaçqala "Dinamo"sunun baş direktoru Şamil Qazizov komandanın sabiq baş məşqçisi, "Turan-Tovuz"un "sükanı arxasına" keçən Kurban Berdıyevlə vidalaşmaqlarına baxmayaraq, daim əlaqədə olduqlarını bildirib. Sport24.az "Sport Ekspress"ə istinadən xəbər verir ki, Dağıstan təmsilçisinin rəhbəri 71 yaşlı mütəxəssislə bağlı bunları söyləyib: 
 
"Berdiyevin bizimlə əməkdaşlığı başa çatdı. O, işini Azərbaycanda davam etdirəcək. Bizimlə yaxşı-yaxşı sağollaşdı və mükafatlandırma mərasimində respublikamızın rəhbəri tərəfindən "Dağıstan Respublikasının əməkdar məşqçisi" mükafatını aldı. Berdiyevlə ayrılmırıq, daim əlaqədəyik. İrəliləməyə davam edirik. Bizimlə böyük təcrübəsi ilə bölüşdüyü üçün Kurban Bekieviçə təşəkkür edirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
sport24.az

2Mənbələr