Portuqaliya millisinin və "Fulhem"in futbolçusu Joau Palinya "Bayern Münhen"ə mümkün keçidi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Fussball News" yarımmüdafiəçinin sözlərini belə çatdırıb:
"Nəsə demək istəyərdim, amma danışmağa icazə vermirlər".
Qeyd edək ki, hazırda Portuqaliya yığmasının heyətində Almaniyada keçirilən Avropa çempionatında iştirak edən Palinyanın "Fulhem"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat