AZ

Azərbaycanda toyda kütləvi zəhərlənmənin detalları: Ev yiyəsi danışdı

Ağstafa rayonunda baş verən kütləvi zəhərlənmə faktının təfərrüatı məlum olub.

Məsələ ilə bağlı Baku TV-yə danışan toy sahibi Akif Piriyev bildirib ki, zəhərlənməyə səbəb məclisdən əvvəl hazırlanan paytaxt salatı ola bilər.

"Məlum məsələdir ki, paytaxt salatı toydan bir-iki gün öncə hazırlanır. Həmin zaman da bizim rayonumuzda qasırğa oldu və işıqlar söndü. Ona görə də bəzi qidalar bir müddət istidə qaldı. Böyük ehtimal zəhərlənmə paytaxt salatından olub".

Ətraflı süjetdə:

13:41

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən "İnci" şadlıq sarayında baş verən kütləvi zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma başlanılıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Məkan Rafiq oğlu Piriyevin təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Araşdırmalar davam etdirilir.

10:25

Ağstafada toy mərasimində zəhərlənənlər xəstəxanadan evə buraxılıblar.

"Report"un məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlər zəruri tibbi yardımlardan sonra evə buraxılıblar:

"Onlardan 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir".

Xatırladaq ki, hadisə dünən baş verib. Şadlıq saraylarından birində keçirilən toy mərasimində iştirak edən 43 nəfər qidadan zəhərlənib.

09:01

Ağstafada rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin içərisində bəy və gəlin də olub.

Ümumilikdə toyda iştirak edənlərdən 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

Onların qidadan zəhərləndiyi bildirilir.

23 iyun, 01:06

Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.

Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 43 nəfərə çatıb.

22 iyun, 20:29

Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.

"Report"un məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 28 nəfərə çatıb.

22 iyun, 20:18

Ağstafada toyda zəhərlənənlərin sayı 20-yə çatıb.

APA zəhərlənən şəxslərin siyahısını təqdim edir:

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova;

Ağstafa rayonunun Kəsəmən kənd sakini 2008-ci il təvəllüdlü Hümbət Qələndərov;

Ağstafa rayonunun Köçüəsgər kənd sakini 1985-ci il təvəllüdlü Cənanə Bayramova;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1972-ci il təvəllüdlü Aygün Bağırova;

Ağstafa rayonunun Köçüəsgər kənd sakini 2004-cü il təvəllüdlü Nicat Bayramov;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1981-ci il təvəllüdlü Aynurə Vəliyeva;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 2007-ci il təvəllüdlü Nərmin Məmmədova;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1995-ci il təvəllüdlü Milan Vəliyeva;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1985-ci il təvəllüdlü Samirə Əhmədova;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 2009-cu il təvəllüdlü Arif Pirizadə;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 2014-cü il təvəllüdlü Aydan Əhmədzadə;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1979-cu il təvəllüdlü Arifə Vəliyeva;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1985-ci il təvəllüdlü Zaur İsmayılovdur;

Ağstafa rayonunun Həsənsu kənd sakini 1995-ci il təvəllüdlü Samir Məmmədli;

Tovuz rayonunun Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Nihat Həsənov;

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini 2007-ci il təvəllüdlü Nihat Həsənov;

Ağstafa rayonunun Xətai kənd sakini 1999-cü il təvəllüdlü İlham Hüseynov;

Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Sevda Ələsgərova;

Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Sadiq Quliyev;

Ağstafa rayon sakini 1986-cı il təvəllüdlü Könül Quliyeva;

22 iyun, 19:36

Ağstafada toyda zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Məlumatda qeyd olunub ki, baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

22 iyun, 19:12

Ağstafada toyda zəhərlənərək xəstəxanaya çatdırılanların sayı artıb.

"Report"un məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.

22 iyun, 19:3622:44

Ağstafada toy mərasimində zəhərləndiyi deyilən şəxslərin kimliyi məlum olub.

"Report"un məlumatına görə, zəhərlənənlər:

2008-ci il təvəllüdlü N.Həsənov,

2010-cu il təvəllüdlü S.Quliyev,

1986-cı il təvəllüdlü K.Quliyeva,

1982-ci il təvəllüdlü S.Ələsgərova,

2007-ci il təvəllüdlü N.Həsənov,

1999-cu il təvəllüdlü İ.Hüseynov,

1995-ci il təvəllüdlü S.Məmmədlidir.

22 iyun, 19:3622:06

Ağstafada zəhərlənmə diaqnozu ilə 11 nəfər xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

22 iyun, 19:3621:36

Ağstafada kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonda yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, şadlıq sarayında keçirlilən toy məclisindən bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
11
cebheinfo.az

10Mənbələr