AZ

"Makkabi" rəhbərliyi "Sabah" rəsmilərindən nə xahiş edib?

"Makkabi"(Hayfa) klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan "Sabah"a müraciət edib. Sport24.az İsrailin "One" portalına istinadən xəbər verir ki, Hayfa təmsilçisi Azərbaycan klubuna matçların yerlərinin dəyişdirilməsi haqda təklif göndərib. 
 
"Makkabi" rəhbərliyi "Sabah" rəsmilərindən ilk matçın Azərbaycanda keçirilməsini istəyib. Üstəlik, maddi-texniki çətinliklər səbəbindən İsrail klubu ev matçını əvvəlcədən planlaşdırıldığı kimi Macarıstanda deyil, Bolqarıstanda keçirmək niyyətindədir. 
 
Qeyd edək ki, ikinci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
6
sport24.az

7Mənbələr