AZ

HadisəAzərbaycanda toyda kütləvi zəhərlənmə necə baş verib?

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Araşdırmalar davam etdirilir.

***11:08

Ağstafada toy mərasimində zəhərlənənlər xəstəxanadan evə buraxılıb.

Bu barədə TƏBİB-dən Far.Az-in sorğusuna cavab olaraq bildirib.

"22.06.2024-cü il tarixində zəhərlənmə şübhəsi ilə 19 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hər birinə zəruri tibbi xidmət göstərilib və vəziyyətləri qənaətbəxşdir",-deyə məlumatda qeyd edilib.

***09:00

Dünən Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin içərisində bəy və gəlin də olub.

Far.Az "report"a istinadən xəbər verir ki, rayonda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 40 nəfəri ötüb.

Artıq 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların qidadan zəhərləndiyi bildirilir.

Zəhərlənənlər:

Ü.Ələkbərov (1995)

F.İsmayılova (1992)

X.Vəlizadə (2017)

H.Mustafazadə (2009)

G.Əhmədova (1986)

S.Bayramov (2011)

A.İsmayılova (1971)

T.Hüseynova (2008)

S.Hüseynova (1998)

M.Hüseynova (2008)

R.Əsədova (1963)

S.İsmayılova (1987)

T.İbrahimova (1965)

A.Pirizadə (2009)

A.İbrahimova (2012)

T.Vəliyeva (1991)

A.Piriyeva (1970)

Ş.Mahmudova (2006)

Z.Mahmudova (2014)

H.Vəliyev (1951)

E.Həmidova (1991)

L.Əhmədova (2005)

H.Qələndərova (2008)

C.Bayramova (1985)

A.Bağırova (1972)

N.Bayramov (2004)

A.Vəliyeva (1981)

N.Məmmədova (2007)

M.Vəliyeva (1995)

S.Əhmədova (1985)

A.Pirizadə (2009)

A.Əhmədzadə (2014)

A.Vəliyeva (1979)

Z.İsmayılov (1985)

S.Məmmədli (1995)

N.Həsənov (2007)

N.Həsənov (2008)

İ.Hüseynov (1999)

S.Ələsgərova (1982)

S.Quliyev (2010)

K.Piriyev (1986)

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
7
far.az

10Mənbələr