AZ

Aqrar sığorta fəaliyyəti üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Bakı. Trend:

İyunun 23-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertsertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin (DİM)elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

DİM-dən Trend-ə bildiriblər ki, namizədlər imtahanıyekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqdanəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçininsabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 43 nəfər iştirak edib. 19 namizəd tələb olunanşərtləri ödəyərək uğur qazanıb. 13 nəfər kənd təsərrüfatıbitkilərinin və bitkiçilik məhsullarının sığortası, 6 nəfər isəkənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədiləyetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspertsertifikatı əldə edib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyunun 24,25 və 27-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzininelektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu,S.S.Axundov küçəsi, 108) fəaliyyət göstərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
9
az.trend.az

10Mənbələr