AZ

Ehtiram Quliyev “Turan Tovuz” azarkeşləri ilə görüşdü

Premyer Liqada mübarizə aparan “Turan Tovuz” Futbol Klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev azarkeşlərlə görüş keçirib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Tovuz şəhər stadionunda keçirilən görüşdə klubun gələcək planları, strategiyası, əsas komanda və akademiya ilə bağlı ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.

Ehtiram Quliyev azarkeşlərin təklif və problemlərini dinləyib. O, “Turan Tovuz” tərəfdarlarının suallarını da cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
18
arena.az

10Mənbələr