AZ

Özünü yandıran Ağstafa sakini Bakıda xəstəxanada öldü - FOTO

Yanıq xəsarətləri alan Ağstafa sakini xəstəxanada ölüb.

Turkustan.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,ağır yanıq xəsərtləri alan Ağstafa şəhər sakini 1992-ci il təvəllüdlü Elvin Alıyev bu gün səhər saatlarında Bakıda Yanıq Mərkəzində dünyasını dəyişib.

Xatırladaq ki, hadisə iyunun 18 də Ağstafada baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Elvin Alıyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım olunub. Müayinə zamanı Elvin Alıyevin bədəninin 70 faizinin yandığı məlum olub. Xəstənin vəziyyəti ağır olduğunda Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə göndərilib.

Məlumata görə Elvin Alıyev üzərinə neft tökərək özünü yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Qeyd edək ki Elvin Alıyev Vətən müharibəsinin iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Ağstafada özünü yandıran qazi ölüb.

"Unikal"ın yerli bürosunun məlumatına görə, Ağstafa rayon sakini- 1992-ci il təvəllüdlü Elvin Alıyev bu gün səhər saatlarında Bakı şəhərində yerləşən Yanıq Mərkəzində həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki hadisə iyunun 18-də Ağstafa rayonunun ərazisində qeydə alınıb.

Belə ki, Ağstafa şəhər Füzuli küçəsinin sakini olan 1992-ci il təvəllüdlü Elvin Alıyev yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, dərhalona tibbi yardım olunub. İlkin müayinə zamanı E.Alıyevin bədənin 70 faizinin yanığı diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan Bakı şəhəri Yanıq Mərkəzinə göndərilib.

Qeyd edək ki Vətən Müharibəsi qazisi olan E.Alıyev üzərinə nefttökərək özünü yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
15
turkustan.az

10Mənbələr