AZ

Toyda kütləvi şəkildə zəhərlənənlər evə buraxılıblar

Ağstafada toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Şadlıq saraylarından birində baş verən hadisədə səhhətində narahatlıq yaranan şəxslər xəstəxanaya çatdırılıb. Onların içərisində azyaşlılar da var.

“İki sahil” xəbər verir ki, toya qonaq gələnlərdən 40 nəfərdən çoxunun restoranda zəhərləndiyi iddia olunur. Ağstafa rayonundakı şadlıq saraylarının birində toy mərasimi zamanı axşam saatlarında qonaqlar arasında halsızlıq, ürəkbulanma və digər bu kimi əlamətlər özünü büruzə verməyə başlayıb. Artıq özünü pis hiss edən qonaqların sayı artdıqca rayon mərkəzi xəstəxanasına kütləvi müraciət qeydə alınıb. Təcili Tibbi Yarım avtomobilləri və xəstələrin yaxın qohumlarının vasitələri ilə zərərçəkənlər Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müraciət edən 40-dan çox şəxsin hər birinə lazımi tibbi yardım göstərilib. Əsasən Ağstafa və Tovuz rayonlarından olan qonaqların çoxu orta yaş qrupuna aid olsa da, içərilərində azyaşlılar da var. Toyda halı pisləşən daha bir neçə nəfər isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlər zəruri tibbi yardımlardan sonra evə buraxılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
4
ikisahil.az

5Mənbələr