AZ

Müğənnini konsertində təəccübləndirən hadisə: Mühafizə müdaxilə etdi – VİDEO

Türkiyənin Bodrum şəhərində konsert zamanı baş verən qeyri-adi hadisə sosial mediada gündəm olub. Belə ki, məşhur müğənni Yıldız Tilbe konsert zamanı antik məzarın üzərinə çıxmağa cəhd edib. Lakin təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək onu dayandırıblar.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, o, tarixi abidənin məzar olduğunu biləndə heyrətlənib və qəbrin oradan götürülməsini tələb edib.

Görüntülər sosial şəbəkələrdə yayılaraq istifadəçilərin müzakirə mövzusu olub. Onlar qəribə davranışları ilə tanınan ulduzun yenə də təəccübləndirməyə davam etdiyini bildiriblər.

Qeyd edək ki, Bodrum Antik Teatrı eramızdan əvvəl IV əsrdə inşa edilib və o dövrdən qalan məzarlar da bu ərazidə yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
4
medianews.az

4Mənbələr