AZ

Yəmən sahillərində gəmiyə hücum edilib

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Yəmən sahillərində gəmiyə yeni hücum barədə məlumat verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mərkəz "X"də paylaşım edib. 

"UKMTO Yəmənin Hudeyda şəhərindən 65 dəniz mili qərbində baş vermiş insidentlə bağlı məlumatlandırılıb", - paylaşımda qeyd edilib.

Əlavə olunur ki, səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırır.

Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunub. 

UKMTO-nun hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları verilməyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
11
iqtisadiyyat.az

10Mənbələr