AZ

ABŞ vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller həmvətənlərini Rusiyaya səfərdən çəkinməyə çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ rəsmisi mətbuat konfransında bildirib.

“Heç bir amerikalı heç bir səbəbdən Rusiyaya səfər etməməlidir. Başa düşürəm ki, bəzən Rusiyada qohumları olan amerikalılar, çox vaxt səhhətində problem olan qocalara baş çəkmək istəyənlərin Rusiya Federasiyasına səyahəti həyati zərurət daşıyır. Heç vaxt, heç bir səbəbdən Rusiyaya getməyin!”, - o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
13
turkic.world

10Mənbələr