AZ

Polşa Belarusla sərhədi tam bağlamağı nəzərdən keçirir

Polşa hakimiyyəti Belarusla sərhəddə fəaliyyət göstərən son iki sərhəd keçidinin bağlanması imkanını nəzərdən keçirir.

Bunu “TVN24” telekanalının efirində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Belarusun hərəkətləri ilə əlaqədar biz bütün sərhəd-keçid məntəqələrinin bağlanmasını nəzərdən keçiririk. Hazırda bunun Polşa iqtisadiyyatına təsirini öyrənirik”, - deyə o qeyd edib.\\report.az

Seçilən
90
11
musavat.com

10Mənbələr