AZ

Montella Türkiyənin məğlubiyyətini şərh etdi

Biz ilk 20 dəqiqəni yaxşı oynadıq.

Axar.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella deyib.

İtaliyalı mütəxəssis Avro-2024-ün 2-ci turunda Portuqaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edib:

“Qol vəziyyətləri yaratsaq, ilk səhvimizdə bizi cəzalandırdılar. İkinci qol – futbolda belə hallar baş verir. Portuqaliya Avropanın ən yaxşı komandalarında biridir. Biz diqqətimizi növbəti oyuna yönəltməliyik”.

Qeyd edək ki, 2 oyundan sonra hesabında 3 xal olan Türkiyə yığması qrupda 2-cidir.

Seçilən
131
4
axar.az

7Mənbələr