AZ

Bu rayonu dolu vurdu

İyunun 22-də saat 23 radələrindən başlayaraq Qax rayonu ərazisində güclü külək başlayıb.

Publika.az Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, Qax şəhəri və ətraf kəndlərin ərazisində leysanla müşahidə edilən külək əsib. Daha sonra leysan dolu ilə əvəzlənib.

15-20 dəqiqə davam edən dolu fərdi təsərrüfatlara və meyvə ağaclarına ziyan vurub.

Külək bəzi ərazilərdə şiddətləndiyindən təhlükəsizlik tədbiri olaraq elektrik enerjisinin verilməsi dayandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
9
publika.az

10Mənbələr