AZ

Həcc ziyarəti zamanı 31 misirli həlak olub

Misirin Həcc missiyası 2024-cü ildə Məkkə və Mədinəyə gedən zəvvarlar arasında 31 ölüm faktını qeydə alıb.

Bu barədə ölkənin Baş naziri Mustafa Madbouli ölkə prezidenti Əbdülfəttah əs-Sisinin sərəncamı ilə yaradılmış böhran komissiyasının iclasında çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, bu il Misirli zəvvarların ümumi sayı 50 min nəfəri ötüb, onlardan 31 nəfər ziyarət əsnasında həlak olub.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
20
news365.az

10Mənbələr