AZ

Makron Fransanın "ayağına" BALTA ÇALDI: "Brexit" qoxusu Parisda duyula bilər

Fransa Prezidenti Emmanuel Makronun ölkə parlamentinin vaxtından əvvəl buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarı Fransanın Avropa İttifaqından çıxmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu fikri Aİ-nin "Brexit" üzrə müzakirəçisi Mişel Barnye bildirib.

Barnye qeyd edib ki, Makronun rəhbərlik etdiyi Renessans partiyasının seçkilərdə sağçı Milli Ralli üzərində qələbə qazanacağına ümidlər çox risklidir. Diplomatın fikrincə, sorğularda lider olan Milli Assosiasiyanın liderləri respublikanın Avropa İttifaqından çıxmasını istəyə bilər.

“Mən düşünmürəm ki, Le Pen və ya Bardella öz fikirlərini dəyişib. Onlar hələ də anti-Avropa baxışlarını saxlayırlar”, - Barnye bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
publika.az

10Mənbələr