AZ

Sərdar Ortaçın hesabı "ədəbsizliyə görə" bloklandı

Son zamanlar tez-tez Tiktokda canlı yayımlar açaraq gündəmə gələn məşhur türkiyəli müğənni Sərdar Ortaçın sosial şəbəkə hesabı bağlanıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, buna səbəb ulduzun Tiktokdakı canlı yayımlarında söyüşlə danışması olub.

Sosial şəbəkə bunu ədəbsiz davranış kimi qeydə alıb. Bundan başqa, o, spirtli içki qəbul etmək və siqaret çəkməklə də platformanın qaydalarını pozub.

Ulduz bu qərara etiraz edib.

"Tiktok hesabımı bağlayıblar, özümü sanki namus cinayəti işlətmiş kimi hiss edirəm. Mən də İnstaqrama gəldim", - deyə o vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
14
milli.az

10Mənbələr