AZ

Husilər ABŞ-a məxsus gəmiyə ballistik və qanadlı raketlərlə zərbələr endiriblər

Yəmənin husi üsyançıları Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısına hücum ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə husilərin rəsmisi Yəhya Saria məlumat verib.

 

Onun sözlərinə görə, Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısı Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərin hücumuna məruz qalıb.

 

Bundan əlavə, üsyançı qüvvələr Ərəb dənizində “Transworld Navigator” xüsusi yük gəmisinə ballistik raketlərlə zərbələr endiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
15
senzor.az

10Mənbələr