AZ

İrəvan Bakıya ikitərəfli mexanizmin tətbiqi üzrə təklif göndərib

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi Azərbaycan tərəfinə atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqi üzrə işə başlamağı təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti bəyanat yayıb.

"Ermənistan baş nazirinin bu il 15 iyun tarixli bəyanatının ardı olaraq və Ermənistan hökumətinin gərginliyin yaranmasının qarşısını almaq niyyətində olduğuna əsaslanaraq, Baş Nazirin Aparatı diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidenti Administrasiyasına təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın", - deyə bəyanatda qeyd edilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
10
bizim.media

10Mənbələr