AZ

Emin Əmrullayev Naxçıvanda alternativ məktəbəqədər qrupların fəaliyyəti ilə tanış olub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində 10 nömrəli tam orta məktəbdə yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunun fəaliyyəti ilə tanış olub. 



Məlumat verilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən ölkədə ilk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 qalib layihədən 4-ü Naxçıvan məktəblərinə məxsusdur. 
Qalib layihələr çərçivəsində Naxçıvan şəhəri 10 nömrəli, Şərur şəhəri 2 nömrəli, Ordubad rayonu Dəstə kənd və Culfa rayonu Saltaq kənd tam orta məktəblərində icmaəsaslı qruplar yaradılıb və məktəbəqədər təhsillə əhatə oluna bilməyən 160 uşaq bu qruplara cəlb edilib.
Qeyd olunub ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na əsasən, daha 7 məktəbdə icmaəsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulub.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
5
nuhcixan.az

7Mənbələr