AZ

Arda Güler bugünkü matçı buraxa bilər

Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Güler Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Portuqaliya ilə oyununu buraxa bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella öz açıqlamasında bildirib. O deyib: 

“Arda çox yorğundur. Buna görə də onun meydana çıxıb-yatırmayacağına son anda qərar verəcəyik. Ümid edirəm ki, oynayacaq. Təəssüf ki, fiziki cəhətdən 100 faiz deyil”.

Xatırladaq ki, 19 yaşlı Güler ilk turda Gürcüstanla görüşdə ( 3:1 ) qola imza atıb. 

Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu bu gün Dortmunddakı "Siqnal İduna Park" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
49
bizim.media

10Mənbələr