AZ

Xərçəng əleyhinə peyvənd sınaqdan keçiriləcək

Xərçəng

Rusiyada 2025-ci ildə könüllülər üzərində xərçəngə qarşı vaksinlərlə klini sınaqlarına başlanılacaq.Ulusum.az xəbər verir ki, bu barədə Qamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq bildirib.Onun sözlərinə görə, xərçəng xəstələrinin iştirakı ilə xərçəng vaksininin kliniki sınaqlarına 2025-ci ilin ortalarına kimi başlamaq planlaşdırılır. "Düşünürəm ki, gələn ilin ortalarında xərçəng xəstələrinin iştirakı ilə peyvəndin kliniki sınaqlarına başlayacağıq”, - deyə Ginzburq bildirib.O deyib ki, peyvənd hazırda siçanlar üzərində preklinik tədqiqatlarda sınaqdan keçirilir, melanomalı heyvanların ömrünü nəinki 2-3 dəfə uzatmaq, həm şişin, həm də metastazların məhvinə zəmanət verən dərmanların yaradılması texnologiyası hazırlanır.Ginzburqun sözlərinə görə, əgər bu texnologiya hazırlana bilsə, peyvənd kiçik hüceyrəli olmayan ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi, böyrək xərçənginin müəyyən növləri və melanoma olan xəstələrə kömək edəcək."Üstəlik, bu xəstəliklərlə metastazlar artıq erkən mərhələdə görünür, buna görə də bu peyvənd bu xəstələr üçün çox aktual olacaq", deyə mütəxəssis yekunlaşdırıb.

Diqqət Çəkənlər

Dünyanın ən pis qoxulu gülləri eyni anda çiçək açdı FOTO

Tovuz rayonunda hələ də elektrik enerjisinin verilməsi niyə təmin olunmayıb?

Sevdiklərinizlə xoş vaxt keçirin, bu sizin...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
10
ulusum.az

10Mənbələr