AZ

Bəzi rayonlara leysan xarakterli yağış yağır - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, iyunun 22-si saat 14:00-a olan məlumatına əsasən əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 23-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
34
sabah.az

10Mənbələr