AZ

Bu, Putinin əlini daha da gücləndirir - Sunak

Britaniyalı siyasətçi Nigel Faragenin Ukrayna-Rusiya müharibəsinə Qərbin təşviq etdiyi ilə bağlı dedikləri tamamilə səhvdir.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib. O bildirib ki, N.Farage Ukrayna ərazisində Qərbin təxribat törətdiyini deməklə Putinin əlini gücləndirib:

“Onun dedikləri həqiqətdən tamamilə uzaqdır və yalnız Putinin işinə yaradı. O, Şimali Koreya kimi ölkələrlə sövdələşmələr aparan, Britaniya küçələrində agentlər yerləşdirən bir adamdır. Bu cür şərhlər Britaniyanın, o cümlədən bizə arxalanan müttəfiqlərimizin təhlükəsizliyi üçün təhlükəlidir və Putini daha da gücləndirir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
buta.tv

3Mənbələr