AZ

QHGT-nin İqlim Fəaliyyəti forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər - FOTOLAR

İyunun 20-24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun 3-cü günü başa çatıb. SİA xəbər verir ki, tədbirdə Milli Bölmə nümayəndələri dəyirmi masa müzakirələrini davam etdirərək iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil edib, bu problemlə mübarizə yollarını və mümkün həll variantlarını irəli sürüblər. Müzakirələr nəticəsində gənclər iqlim dəyişikliyi ilə mübarizədə daha fəal rol oynamaq və bu mövzuda cəmiyyətin müxtəlif təbəqələrinə təsir etmək üçün bir sıra konkret tədbirlər və həll yolları təklif ediblər.

Tədbirin sonunda müzakirələrin yekun nəticəsi olaraq sənəd qəbul edilib.

Bakı və Şamaxı şəhərlərində beş gün davam edəcək forumda QHGT-nin bir sıra Milli Bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri kimi yüksək səviyyəli qonaqlar və ekspertlər iştirak edirlər. Forum müddətində gənc iştirakçılar mədəniyyətlərarası qarşılıqlı əlaqə yaratmaq üçün imkanlar əldə edəcəklər. Tədbir proqramına liderlik bacarıqlarını artırmaq, mədəni mübadiləni təşviq etmək, xüsusilə mühüm qlobal problemləri həll etmək üçün nəzərdə tutulmuş müxtəlif sessiyalar daxil olacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı şəbəkənin təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 59 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
5
sia.az

6Mənbələr