AZ

Mask: "Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək"

Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək, ünsiyyət qurmaq üçün onlara beyin implantları lazım olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Yeni “X” telefonunuzu ağlınızla idarə etməyə imkan verən “Neuralink” interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?”, - o sosial şəbəkə istifadəçilərinə sual ünvanlayıb.

İ.Mask əlavə edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq: “Gələcəkdə telefonlar olmayacaq, yalnız “Neuralink” olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
37
bakivaxti.az

10Mənbələr