AZ

PSJ Mbappeyə 100 milyon avro ödəyəcək

PSJ-dən ayrılaraq "Real"a keçən Kilyan Mbappe Paris təmsilçisindən 100 milyon avro alacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. PSJ-nin menecerlərii klubun futbolçuya ödəməli olduğu 100 milyon avro maaş borcu ilə bağlı vəziyyəti həll etmək üçün danışıqlar aparır.

Bildirilir ki, tərəflər razılığa gəlməyə yaxındırlar. Klub tam məbləği Mbappeyə ödəyəcək.  Bu məbləğə futbolçunun maaşı və bonusları daxildir. 

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edirdi. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
bizim.media

4Mənbələr