AZ

Həcc ziyarətində ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlar olub

Həcc ziyarəti zamanı ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlar olub.

"Operativ Media" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, qeyri-müntəzəm kanallar vasitəsilə Həcc ziyarətinə gedən zəvvarlar kondisionerli çadır və avtobuslara daxil ola bilməyib. Həcc ziyarəti zamanı 658 misirli, 200-dən çox indoneziyalı, 98 hindistanlı, 49 tunisli olmaqla, 1081 zəvvar yüksək temperatur səbəbindən həyatını itirib.

 

Ölənlər arasında Pakistan, Malayziya, İordaniya, İran, Seneqal, Sudan, Kürdüstan Muxtar Respublikası və ABŞ vətəndaşlarının da olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
10
operativmedia.az

10Mənbələr