AZ

AVRO-2024-də bədbəxt hadisə

AVRO-2024-də xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, bu, qrup mərhələsinin II turunun Polşa – Avstriya matçından sonra baş verib. Polşa yığmasının azarkeşlərindən biri tribunadan aşıb. O, tribuna ilə meydança arasındakı boşluğa yıxılıb. Fanat təxminən 3 metr hündürlükdən aşağı yuvarlanıb. Bədbəxt hadisə zamanı çoxsaylı ciddi zədələr alan azarkeş yerə çırpılan kimi huşunu itirib. Zərərçəkən xəstəxanaya çatdırılıb. Qeyd edək ki, Polşa bu matçda 1:3 hesabı ilə uduzub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
matc.az

2Mənbələr