AZ

Qəbələdə FHN-in Şimal-qərb Regional Mərkəzi yanğınlar zamanı davranış qaydaları ilə bağlı təlim keçirib 

Bakı, 22 iyun, AZƏRTAC

Qəbələdəki “Qafqaz Tufandag Mountain Resort” otelində Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi tərəfindən Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Qəbələ rayon Yanğından Mühafizə hissəsinin iştirakı ilə təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd otelin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə həmin obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə və xilasetmə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissədə FHN-in əməkdaşları tərəfindən otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, həmçinin tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Praktiki hissədə “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən isə oteldə “köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
8
azertag.az

9Mənbələr