AZ

Rodriqo De Paul: “Neymar - yırtıcıdır, ən çətin rəqibdir”

Argentina yığmasının və Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Rodriqo De Paul oynadığı ən çətin rəqibin kim olduğu sualını cavablayıb.

Arena.az argentinalı futbolçunun bu barədə cavabını təqdim edir:

“2021-ci il Amerika Kubokunun finalının Neymarı qarşı oynadığım ən çətin rəqibdir. O, yırtıcıdır. İkinci hissədə ona dedim: “A kişi, düzü, sən fenomensən. Məsələ sənin necə oynamağında deyil, səni heç bir şey cızığından çıxara bilməz”. Bundan sonra qucaqlaşdıq. Neymar həmin finalda təhlükə idi”, deyə Rodriqo De Paul xatırlayıb.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçunun yaşıl meydanlara qayıdış müddəti azacıq uzansa da, Neymar dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir. O, fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.

Neymar 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı futbolçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
arena.az

10Mənbələr