AZ

Tunis prezidenti 49 zəvvarın ölümünə görə naziri vəzifəsindən KƏNARLAŞDIRDI 

Həcc ziyarətinə gedən 49 tunislinin həyatını itirməsindən sonra Tunis Prezidenti Qeys Səid ölkənin dini işlər naziri İbrahim Şəbini vəzifəsindən kənarlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 49 tunislinin həyatını itirməsi ölkədə geniş tənqidlərə yol açdığı üçün bu addım atılıb.

Qeyd edək ki, bu il Məkkədə kəskin istilər səbəbindən ümumilikdə 1081 zəvvarın öldüyü bildirilir.

Bizim.Media

Seçilən
97
2
bizim.media

3Mənbələr