AZ

Qurban kəsmək niyyətləri faciə ilə bitdi

Lerikə qurban kəsməyə gedən Rusiya vətəndaşı qəza törətdi, xəsarət alanlar var.

7News.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu kilometrində, Lənkəran rayonu ərazisində baş verib.

Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
10
7news.az

10Mənbələr