AZ

Tragikomik hadisə: Özünü qadın kimi təqdim edən kişiyə görə... - FOTO

"Eskişehirdə gecə klublarından birində dörd nəfər Afət adlı qadına görə münaqişəyə girib. Silahlı toqquşma baş verib və bir nəfər ölüb. Uğrunda qatil olduqları Afətin isə qadın təqlidi edən Ali Ergüven adlı bir kişi olduğu ortaya çıxıb".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin sosial şəbəkə istifadəçisi məlumat yayıb.

Paylaşım qısa müddətdə günün ən vacib mövzusu olub və yarım milyondan çox baxış toplayıb. Məsələ hüquq mühafizə orqanları əməkdaşlarının da marağına səbəb olub.

İddiadan sonra hərəkətə keçən polis ilk öncə hadisəyə dair araşdırma başladıb və bunun yalan məlumat olduğunu öyrənib.

Qeyd edilib ki, paylaşımı edən şəxsin kimliyi dəqiqləşdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
5
milli.az

6Mənbələr